Haqqımızda
Məsihçilərin Müqəddəs Kitabı bizimlə tarix və peyğəmbərlik vasitəsilə danışır. Bu, əvvəllər baş verənlərdən və tezliklə nələrin baş verəcəyindən bəhs edir. Heyrətamiz bir peyğəmbərlikdə biz bu dünyanın məhv edilməsindən əvvəl son xəbərdarlıq mesajını oxuya bilərik.
Vəhy 14-də Üç Mələk tərəfindən izah edilən bu xəbərdarlıq üç hissədən ibarətdir. Bu xəbərdarlıqların hər biri bütün dünya üçün çox vacibdir.
Birinci mələk bizə deyir ki, göyü, yeri və dənizi Yaradan Allaha səcdə edək. Yaradana səcdə etməliyik, çünki Onun mühakimə edəcəyi vaxt gəldi. Birinci mələk bizə Allahı necə tanıya biləcəyimizi və mühakiməyə hazırlaşmaq lazım olduğunu söyləyir.
İkinci mələk bizi axır zamanda dini dönüklük barədə xəbərdar edir. Bizə deyilir ki, Yaradan Allaha və Onun nazil etdiyi Kəlamına hörmət etməyən dini sistemlərdən “çıxmalıyıq”.
Üçüncü mələk bizi xəbərdar edir ki, şeytan dönük dini sistem vasitəsilə Yaradan Allaha və Onun xalqına qarşı son hücuma keçəcək. Şeytanın ardınca gedənlərə bir “damğa” vurulacaq, Allaha sadiq qalanlar isə təqib olunacaqlar. Lakin Allah bu dəhşətli damğaya malik olanlara Öz hökmünü verəcək. Onun imanlı və itaətkar xalqı ölməkdə olan planetin xarabalığından xilas olacaq. Onlar Allahla birlikdə göyə gedəcək və Allahın dünyanı əvvəlki kamilliyini yenidən yaratmasına baxacaqlar.
Bülletenimizə abunə olun
Yeni nəşrlərdən ilk siz xəbərdar olun!

Seçilmiş nəşrlər
© 2024 Sharing Hope Publications