Özünüz necə düşünməlisiniz

Özünüz necə düşünməlisiniz

Xülasə

Allahın peyğəmbərləri “Babil” adı ilə simvolik təsvir edilən təhlükəli dini qüvvə haqqında qabaqcadan xəbər vermişdilər. Peyğəmbərliyə görə, bu qüvvə bizi zorla və şirnikləndirərək yalançı ibadət etməyə çalışacaq. Özümüzün düşünməyi və Allahın nazil etdiyi Kəlamına ciddi sədaqət göstərməyimiz təhlükəsizliyi tapa biləcəyimiz yeganə yoldur. Bu broşür bizə dünya böhranı zamanı müdrik, düşüncəli imanlı olmaq üçün ağlımızı necə işlətməyimizi izah edir.

Növ

Tract

Naşir

Sharing Hope Publications

Mövcuddur

36 Dil

Səhifə

6

Yüklə

Uzun bir yürüşdən sonra Qununq Datuk zirvəsinə yenicə çatmışdıq. Mənzərədən zövq almaq üçün yeni dostum Adzakla oturdum. Çox keçmədən söhbətimiz dini mövzulara keçdi.

“Mən azad düşüncəli bir adamam” — Adzak dedi. — “Dünya haqqında öz fikirlərim var”.

“Əlbəttə” — deyə cavab verdim. — “Eşitmişəm ki, bir çox malayziyalı gənclər özlərini azad düşüncəli adam hesab edirlər”.

Adzak güldü. — “Biz özümüz düşünməliyik. Yoxsa çox çaşqınlıq olur. Adam lap dəli olar”.

“Bəs evə gedəndə necə?” — deyə soruşdum. — “Burada, Malayziyada çox gənclər özlərini azad düşüncəli hesab edirlər, amma evinizdə sizdən İslam və ya Buddizm ayinlərini yerinə yetirmək gözlənilir. Bəs valideynlərinə nə deyirsən?”

“Onlara heç nə söyləmirəm” — Adzak cavab verdi. — “Sadəcə, onların istədiyini edirəm. Mən sərbəst düşünə bilərəm, amma bunu özümə saxlayıram”.

Azad düşüncə vacibdirmi?

Dünyanın bəzi yerlərində yanlış inanca sahib
olmaq icmanızdan kənarlaşdırılmağınıza, işinizdən qovulmağınıza, hətta öldürülmənizə səbəb ola bilər. Özünüzün düşünməyi təhlükəli ola bilər. Amma bu, vacibdirmi? 

Dünyamız yaxşı və pis fikirlərlə doludur. Yaxşını pisdən ayırmağa başlamağın vacib yollarından biri onlar haqqında düşünmək və danışmaqdır. Bahalı bir şey, məsələn, qızıl, zəfəran ya da ayfon alsaydınız, sadəcə, pulunu ödəyib evə aparmazdınız. Həqiqətən, ən yaxşı keyfiyyətdə olanını əldə etdiyinizdən əmin olmaq üçün onu diqqətlə yoxlayar və rəqiblərin məhsulları ilə müqayisə edərdiniz. Fikirlərə də bu cür yanaşmalıyıq. 

Dünyada çox çaşqınlıq var və insanlar özlərinin qarışıq fikirlərini icmaya zorla təlqin etməyə çalışdıqda vəziyyət daha da pisləşir. Gəlin sizə vacib bir peyğəmbərlikdən danışım. “İsa Məsihin Vəhyi” adlanan çox qədim bir kitabda öz qarışıq dini baxışlarını zorla başqalarına təlqin etməyə çalışanlarla bağlı peyğəmbərlik sözləri yazılmışdır. Orada belə deyilir: “Dağıldı, böyük Babil dağıldı! O, əxlaqsızlığının çoşğun şərabını bütün millətlərə içirmişdi” (Vəhy 14:8).

Bu simvolik sözləri başa düşmək çətin deyil. Babil məşhur qədim şəhər idi, lakin onun adının mənası “qarışıqlıq”dır. Bu şəhər qarışıq olduğuna görə deyil, qarışıqlığından əl çəkmək istəmədiyinə görə “dağıldı”. O, millətləri öz ruhani əxlaqsızlığına — yəni yalançı və həqiqi ibadəti bir-biri ilə qarışdıraraq Allaha xəyanət etməyə sövq edir. Bu yanlış fikirlər normallaşdırılır və qəbul edilir. “Babil” haqqındaki bu peyğəmbərlik bir ümumdünya ruhani qurumuna işarə edir. Bu qurum nəinki ruhani xətaları normallaşdırır, həm də son nəticədə çalışacaq ki, onları həqiqətdən bərk yapışan insanlara da zorla qəbul etdirsin.

İsa Məsihin Vəhyi bunun bizim günlərimizdə baş verəcəyini öncədən xəbər vermişdir. Bəlkə də, artıq bunun şahidi olmusunuz. Allahı yanlış fikirlərlə təmsil edən insanlar varmı? Vicdanınız sizi narahat edibmi?

Bəli, məhz buna görə azad düşüncə vacibdir.

Özünüz necə düşünməlisiniz

Əksər insanlar öz cəmiyyətlərinin dininə etiqad etməyə razıdırlar. Onlar öz inancları üzərində düşünmürlər. Heç bir mahiyyəti olmayan və ya zərəri faydasından çox olan dini ənənələri qoruyurlar. Bəzən hətta bizə Allaha aparan yolu göstərməli olan dini liderlərin özləri də fitnə-fəsadla dolu olurlar.

Həqiqəti necə tapa bilərik? Mən peyğəmbərlərə etibar etməyi təklif edirəm. Niyə? Bunun üç səbəbi var:

  1. Peyğəmbərlər gələcək haqqında heyrətamiz bir bilik nümayiş etdirirlər. Daniel peyğəmbər Avropanın dünyanı öz müstəmləkəsinə çevirmək kimi tarixi bir mövqeyə yüksələcəyini əvvəlcədən xəbər vermişdi. İsa Məsih bizim eranın 70-ci ilində Yerusəlimin dağıdılacağını doğru söyləmişdi. Musa peyğəmbər İsmayılın tarixçəsinin axirətə qədər gedişatını əvvəlcədən bildirmişdi.

  2. Peyğəmbərlər sağlamlıq haqqında da heyrətamiz bilik nümayiş etdirirlər. Təxminən 3500 il əvvəl yaşamış Musa peyğəmbər karantin qaydalarını, çirkab sularının gigiyenik şəkildə atılmasını və sterilizasiya prinsiplərini izah etmişdi. O, heyvanları təmiz və natəmiz olaraq ayırmışdı. Təmiz əti yediyimiz zaman qanını və piyini yeməməyi söyləmişdi. Bu gün də, onun pəhriz və sanitariya ilə bağlı göstərişlərinə əməl edənlər ümumi əhalidən 15 il artıq yaşayırlar.

  3. Allah Ona iman edən və Onun peyğəmbərlərinə inanan imanlıların dualarına cavab verir. 

Peyğəmbərlərin yazıları hidayətlə doludur — lakin onlardan bəhrələnə bilmək üçün tənqidi düşünməyi, inanclarımızı sınamağı və imanımızın dəlillərini yoxlamağı öyrənməliyik. Düşünmək həqiqi dinin çox mühüm bir parçasıdır.

Bəs bir yanlışı araşdırdığımız zaman nə baş verir? Başlanğıcda doğru görünə bilər. Ancaq sübut axtardığımız zaman fikirlə bağlı problemləri görməyə başlayırıq. 

Həqiqət isə tam əksinədir. Diqqətlə yoxlandığı zaman da heç bir şey itirmir. Daha çox araşdırdıqca, daha çox həqiqəti görürük. 

İmanlılar dünyanın ən müdrik insanları olmalıdırlar, çünki Allah bizə hikmət yolunda istiqamət verir. Əgər sərbəst düşünməyinizə və suallar verməyinizə icazə verilməyən bir vəziyyətdə olursunuzsa, onda bu, Allahdan deyil. Allah bizi həqiqəti yaxından araşdırmağa dəvət edir, çünki o, istintaqa tab gətirə biləcək qədər güclüdür. Babil isə sizi yalana sövq edir və intellektual səylərin qapılarını bağlayaraq orada saxlayır.

Əgər özünüzü Babildə hiss edəcək qədər çaşqınlıq içindəsinizsə, oradan çıxın! Allahın hikmət yoluna gəlin. Özünüz düşünün və ciddi suallar soruşun. Məyus olmayacaqsınız. 

İsa Məsihin Vəhyi haqqında daha çox bilmək istərdinizmi? Bu məqalənin arxa üzündəki məlumatlardan istifadə edərək bizimlə əlaqə saxlayın.

Copyright @ 2023 by Sharing Hope Publications. Z. Bünyadov və V. Məmmədəliyev tərəfindən Quranın Azərbaycan dilində tərcüməsi.
Müqəddəs Yazılar Azərbaycan dilində Müqəddəs Kitab (Əhdi-Ətiq və Əhdi-Cədid) — ikinci nəşrdən götürülmüşdür. Müqəddəs Kitab © Müqəddəs Kitab Şirkəti 2012. Müəlliflik hüquqlarının hamısı qorunur.

Bülletenimizə abunə olun

Yeni nəşrlərdən ilk siz xəbərdar olun!

newsletter-cover