Qiyamətdən qorxmadan

Qiyamətdən qorxmadan

Xülasə

Bir çox insanlar qiyamət günü haqqında düşünərkən urəklərində qorxu hissi yaranır. Axirət gününün haqq-hesabından sağ-salamat keçəcəyimizə necə əmin ola bilərik? Allah bizə bir Vasitəşi verəcəyini söylədi. Bu Vasitəçi, yer üzərindəki məhkəmədə bizi müdafiə eden vəkil kimi, axirət günündə bizə vasitəçilik edəcək. Bu broşür bizi bu Vasitəçi ilə tanış edir və qiyamət günü haqqında düşündüyümüz zaman bizə necə arxayın olmağı öyrədir.

Yüklə

Bir səhər vacib bir görüşdə iştirak etmək üçün otel otağımdan çıxdım. Gecikirdim, ona görə də sürətlə sürürdüm — icazə verilən sürət həddindən daha sürətlə. Yarı yolda bir polis əməkdaşı məni kənara çəkdi və polis məntəqəsinə getməli olduğumu söylədi! Təqsirkar olduğumu bildiyimə görə özümü çox gərgin və çarəsiz hiss edirdim. 

Polis əməkdaşı barəmdə iş açdıqdan sonra məni çağırmaq üçün yaxınlıqdakı məhkəməyə apardılar. Orada vəkil işləyən bir dostumla rastlaşdım. Məni görəndə təəccübləndi. Vəziyyətimi izah edəndə dedi: “Narahat olma. Mən sənin işini həll edəcəyəm”. Mən çox sevindim. Öz dostum vəkilim olacaq!

Dostum mənim adımdan vəkillik etmək üçün işə qarışdığına görə, hakim minimal cərimə kəsdi. Allaha şükür edərək məhkəməni tərk etdim.

Dünyəvi bir hakimin qarşısında dayanmaq həqiqətən ürküdücüdür. Lakin bu, böyük Hesab Günündə Allahın hüzurunda dayanmaqla müqayisədə heç bir şeydir. 

O gün sabah gəlsəydi, hazır olardınız?

Qiyamətə hazırlıq

Bəzi adamlar gələcək qiyamətə qeyri-ciddi yanaşırlar. Alkoqol içir, siqaret çəkir, qumar oynayır, gecə klublarına gedir və pis videolara baxırlar. Bütün bunların qeyd kitabında yazıldığını bilə bilərlər, lakin yenə də Şeytanın vəsvəsələrinin tələsinə düşürlər. Onların vecinə deyil.

Digər insanlar həddindən artıq qorxu ilə yanaşırlar. Bir duanı belə buraxmağa cürət etmirlər. Qəbir əzabını və ya cəhənnəm atəşini o qədər düşünürlər ki, Allahın məhəbbətini və mərhəmətini unudurlar. 

Amma mənim məhkəmədə bir vəkilim olduğu kimi, Allah da hökmdən keçməyimizə kömək etmək üçün bizə bir vəkil verdi. Tək olmağa məcbur deyilsiniz!

Vəkilimiz kimdir?

Vəkil fikri yeni deyil. Hər il minlərlə zəvvar Şimali Afrika, Yaxın Şərq və Asiyadakı ziyarətgahları ziyarət edir. Bir çoxları böyük liderlərin məzarları başında dua edirlər, onların adından vəkillik edəcəklərinə inanırlar. 

O böyük liderlərə hörmət etmək yaxşıdır, lakin onlara dua etmək və ya onlardan şəfaət istəmək tamamilə haramdır. Onlar artıq ölüblər və sizin üçün heç bir şey edə bilməzlər. Hətta peyğəmbərlər də məzarlarında Qiyamət gününü gözləyirlər.

Ölülərdən bizim üçün şəfaət istəmək haram olsa da, şəfaət fikrinin özü doğrudur. Bəs kimin şəfaəti Allah üçün məqbuldur? Bu o kəs ola bilər: 

  1. Diri olsun (çünki ölülər bizim adımızdan danışa bilməzlər). 

  2. Günahsız olsun (çünki qanunla mühakimə olunan bir kəs başqaları üçün vəkillik edə bilməz).

Bu tələbləri kim yerinə yetirə bilər? Cənnətdə diri və tamamilə pak olan sevimli İsa Məsihdən başqa biri edə bilməz. 

Düşünün — günahsız olduğunu iddia edə biləcək başqa biri varmı? Adəm qadağan olunmuş meyvəni yedi; Nuh şərab içib sərxoş oldu; İbrahim yalan danışdı; Musa adam öldürdü; Davud başqa bir adamın arvadını əlindən aldı. Elə bir peyğəmbər tapa bilməzsiniz ki, heç vaxt heç bir səhvə yol verməsin, ya da heç vaxt bağışlanma diləməsin.

Lakin İsa Məsih heç vaxt günah etməyib. O Özü belə bəyan edirdi: «Məni Göndərən Mənimlədir... çünki Mən daim Onun xoşuna gələnləri edirəm» (İncil, Yəhya 8:29). 

Qiyamət Gününü sülhlə qarşılamaq

İsa Məsih göylərdə diridir və tamamilə günahsızdır. Mənim üçün və sizin üçün vəkillik etməyə hazırdır. O, tezliklə qayıdacaq.

Əgər O, ikinci dəfə geri gələcəksə, bu o deməkdir ki, İsa Məsih son peyğəmbərdir. Bəli, hətta peyğəmbərdən də artıq — O bizim Vəkilimiz, Ağamız və Hesab Günündə Sülhümüzdür. O bu sözlərini bizə ünvanlayırdı: «Doğrusunu, doğrusunu sizə deyirəm: kim Mənim sözümə riayət edərsə, heç vaxt ölüm görməyəcək» (İncil, Yəhya 8:51). 

İsa ölü deyil; O dirilib və sağdır! O hətta indi də yer üzündə Öz cəmiyyətini qurmağa davam edir. Bəzən yuxuda ağ geyimli adam kimi görünməklə, bəzən də Allaha Onun adı ilə dua edərkən bizə möcüzələr göstərməklə insanları Öz cəmiyyətinə dəvət edir. 

Hesab Günündə rahat, sülh içində olmaq istəyirsiniz? İsa Məsihə imanınızı etiraf edin. Niyə ümidimizi ölülərə və Hesab Günündə necə hesab verəcəklərini bilməyənlərə bağlayaq? İsa göylərdəki yerindən əmindir. Mənim məhkəmə zalındakı vəkil dostum kimi, O da bizə kömək edəcək.

Bu qədər gözəl bir xəbərin doğru olub-olmadığını düşünə bilərsiniz. İsa Məsih demişdir: “Əgər Mənim adımla Məndən bir şey diləsəniz, onu edəcəyəm” (İncil, Yəhya 14:14). Sizə dediyim doğruları özünüz sınaqdan keçirin. İsa indiki həyatın təcili ehtiyaclarını ödəmək üçün kifayət qədər qüdrətə sahibdirsə, onda bizim müdafiəçimiz olmağı tam əminliklə Ona etibar edə bilərik. Səmimi qəlbdən İsanın adı ilə Allaha dua edin və görün nə baş verir. Belə dua edə bilərsiniz:

Allahım, mən bilmək istəyirəm ki, İsa,doğrudan da, Qiyamət Günündə bizim müdafiəçimiz olmaq üçün Sənin təyin etdiyin şəxsdir. Əgər bu doğrudursa, onda mənim --- (ehtiyacınızı buraya yazın) üçün duama cavab verməyini xahiş edirəm. Bunu İsa Məsihin adı ilə istəyirəm. Amin.

İsa Məsihin ardınca getmək haqqında daha çox öyrənmək istəyirsinizsə, bu məqalənin arxa üzündəki məlumatlardan istifadə edərək bizimlə əlaqə saxlayın.

Copyright @ 2023 by Sharing Hope Publications. Z. Bünyadov və V. Məmmədəliyev tərəfindən Quranın Azərbaycan dilində tərcüməsi.
Müqəddəs Yazılar Azərbaycan dilində Müqəddəs Kitab (Əhdi-Ətiq və Əhdi-Cədid) — ikinci nəşrdən götürülmüşdür. Müqəddəs Kitab © Müqəddəs Kitab Şirkəti 2012. Müəlliflik hüquqlarının hamısı qorunur.

Bülletenimizə abunə olun

Yeni nəşrlərdən ilk siz xəbərdar olun!

newsletter-cover