İmmiqrasiya dəvəti

İmmiqrasiya dəvəti

Xülasə

Daha yaxşı bir yer axtarırsınız? Təhlükəsiz, xoşbəxt və istirahət üçün yer? Bu dünyanın bizə verə bilmədiyi şeylərə can atırıq, çünki hər birimiz cənnət üçün yaradılmışıq. İsa Məsih artıq oraya getmişdir. O, yolu bilir və əslində Özünü “yol” adlandırır. Bu broşürdə cənnətdə yaşamağa hazırlaşmaq üçün kömək edən İsa Məsih haqqında vacib həqiqətlər təsvir olunur.

Yüklə

Əbdül-Malik yorğun bir qoca idi. Arvadını və uşaqlarını itirdikdən sonra İŞİD-dən qurtulmaq üçün İraqdan qaçmışdı. İndi İordaniyada təkbaşına qaçqın kimi yaşayırdı.

Ancaq orada bir ümid işığı yarandı. Kanadada yaşayan əmisi oğlu ona iş tapmağa kömək etməyi təklif etdi. Bu xəbərdən vəcdə gələrək o, viza üçün müraciət etdi və daha rahat həyat xəyalları qurmağa başladı. Bir neçə il gözlədikdən sonra, nəhayət, ona Kanadaya giriş icazəsi verildi. Əbdül-Malik çox sevinirdi!

Lakin onun bu sevincinin ömrü qısa oldu. Kanadaya gəldikdən sonra o, immiqrasiyadan sonrakı həyatın heç də asan olmadığını başa düşdü. İşinə görə bütün günü ayaq üstə durmalı olurdu. Qonşuları çox səs-küy salırdılar. İctimai nəqliyyatdan baş çıxarmaq asan deyildi — ingilis dilindən də! 

Əbdül-Malik həmişə daha yaxşı bir yerə getmək arzusunda idi, lakin buraya gələndə başa düşdü ki, qəlbindəki ağrı hələ keçməyib. Düşünməyə başladı ki, görəsən yer üzündə onun həsrətinə son qoyacaq bir yer varmı, yoxsa elə Cənnətin özünü gözləməli olacaq!

Cənnətə immiqrasiya

Siz də nə vaxtsa Əbdül-Malik kimi hiss etmisiniz? Daha yaxşı bir yerə köçmək arzusu insanın qəlbində kök salıb və bu arzunun tamamilə həyata keçməsi yalnız Cənnətə, həqiqi evimizə girdiyimiz zaman mümkün olacaqdır. Bu, tezliklə gerçəkləşəcək bir arzudur! Qiyamət Gününün əlamətləri gözümüzün qarşısında baş verir və bu dünya sürətlə sona doğru gedir.

Əsrlər boyu yəhudilərin, xristianların və müsəlmanların dini kitablarının hamısı apokalipsisdən — bu dünyadan digər dünyaya «köçəcəyimiz» ən son həddən xəbər verir. Hər üç din bu son hadisələrin zirvə anına çatması üçün cavabdeh olan Məsih obrazına işarə edir.

Maraqlıdır ki, həm xristianlıqda, həm də islamda bəhs edilən Məsih obrazı İsa Məsihdən başqa biri deyil. O, Fələstində yaşadığı zaman da Məsih idi, lakin son 2000 ili Cənnətdə yaşayıb. O, Qiyamət Günündə qayıdacaq. 

İsa Məsihin qayıdışı Müqəddəs Kitabda dəfələrlə xatırlanır, ancaq müsəlmanlar da Onun yenidən gələcəyinə inanırlar, çünki Quranda belə yazılıb: «Şübhəsiz ki, o (İsanın zühuru) qiyamət saatı üçün bir əlamətdir. Ona (Qiyamətə) şəkk etməyin və Mənə tabe olun. Bu, doğru yoldur!» (Əz-Zuxruf surəsi 43:61).

İmmiqrasiya məmuru viza almaq üçün zəruri təlimatları verdiyi kimi, İsa Məsih də bizi Onun əlamətinə diqqət yetirməyə dəvət edir ki, Cənnətə gedən doğru yolu tapa bilək. 

İsa Cənnəti necə təsvir edir?

İncildə İsa Məsihin belə dediyi yazılıb: «Sizin üçün yer hazırlamağa gedirəm. Gedib sizin üçün yer hazırlayandan sonra yenə gəlib sizi Öz yanıma götürəcəyəm ki, Mənim olduğum yerdə siz də olasınız» (İncil, Yəhya 14:2-3). İsa Məsih deyir ki, bizi Cənnətə apara bilər!

  • Həm də oranın bəzi gözəl görüntülərini bizim üçün aşkar edib. O deyirdi:

  • Artıq ölüm olmayacaq. Yas, nalə və ağrı bir daha olmayacaq (Vəhy 21:4).

  • Gözəl evlərimiz olacaq (Yəhya 14:2).

  • Kişilər və qadınlar bərabər ləyaqətə və hüquqlara sahib olacaqlar (Qalatlılara məktub 3:28).

  • O yer işıq, salehlik və xoşbəxtliklə doludur (Vəhy 21:21-25).

Doğrudan da, ora qəlbimizin həsrətini çəkdiyi yerdir!

İsa Məsih niyə ikinci dəfə gələcək

Axı Allah çox peyğəmbərlər və müqəddəs elçilər göndərib. Niyə İsa Məsih ikinci dəfə gəlmək üçün seçilib? Bu suala eyni immiqrasiya təsviri ilə cavab vermək daha asandır. Çünki viza almaq asan deyil, çoxları bu işi anlayan immiqrasiya hüquqşünaslarının köməyindən istifadə edirlər. Bələdçimiz varsa, bizə kömək etməsi üçün ona etibar edə bilərik.

Eyni şəkildə də, İsa Məsih ikinci dəfə gələn yeganə şəxsdir, çünki O, Cənnətə gedən yolu bilir və bizi oraya apara bilər. O Özü belə bəyan edirdi: “Yol, həqiqət və həyat Mənəm” (Yəhya 14:6).

Allah tərəfindən göndərilmiş hər peyğəmbər və elçi səhvlərə yol vermiş və bağışlanma diləmək məcburiyyətində qalmışdır. Amma İsa Məsih yox. O, yer üzündə yaşadığı 33 il ərzində günahsız idi. Məhz buna görə birbaşa Cənnətə aparıldı. 

Cənnətə giriş tələblərini yerinə yetirməyi yeganə günahsız olan İsa Məsihdən öyrənməliyik. Yalnız bu yolla oraya girişə tam əminlik əldə edə bilərik. Şükürlər olsun ki, Onun kitabından, Müqəddəs Kitabdan öyrənə bilərik. 

İsa Məsihin qayıdışına hazırlıq

Daha yaxşı bir yerə köçəcəyinizə əmin olmaq həyəcanverici deyilmi? Cənnətdə Allahın izzətli Padşahlığının vətəndaşı olmağa dəvət edilirsiniz! Tezliklə İsa Məsih hamımızı o füsunkar məkana aparmaq üçün gələcək.

Ola bilərmi ki, Qiyamət Günü başlarına nə gələcəyini özləri də bilməyən adamların ardınca gedirsiniz?  İsa Məsihlə heç bir şübhəyə yer yoxdur. Allahdan sizi İsa Məsihin Doğru Yoluna yönəltməsini diləyin. Belə bir dua ilə müraciət edə bilərsiniz:

Ya Rəbb, qəlbim daha yaxşı bir yerin həsrətindədir. Məni və sevdiklərimi bu dünyanın çətinliklərindən xilas et. Zamanın çox qısa olduğuna inanıram. Yalvarıram, mənə yol göstər ki, mənim üçün hazırladığın gözəl yerə daxil ola bilim. Amin.

Müjdələrin həqiqi nüsxəsini əldə etmək istəyirsinizsə, bu məqalənin arxa üzündəki məlumatlardan istifadə edərək bizimlə əlaqə saxlayın.

Z. Bünyadov və V. Məmmədəliyev tərəfindən Quranın Azərbaycan dilində tərcüməsi.Copyright @ 2023 by Sharing Hope Publications. Z. Bünyadov və V. Məmmədəliyev tərəfindən Quranın Azərbaycan dilində tərcüməsi.
Müqəddəs Yazılar Azərbaycan dilində Müqəddəs Kitab (Əhdi-Ətiq və Əhdi-Cədid) — ikinci nəşrdən götürülmüşdür. Müqəddəs Kitab © Müqəddəs Kitab Şirkəti 2012. Müəlliflik hüquqlarının hamısı qorunur.

Bülletenimizə abunə olun

Yeni nəşrlərdən ilk siz xəbərdar olun!

newsletter-cover